"FourFourTwo" jurnalı "Mançester Yunayted" tarixinin 10 ən yaxşı futbolçusunun adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, birinci yerdə İngilətərə millisi ilə DÇ-1966-nın qalibi olmuş ser Bobbi Çarlton qərarlaşıb. Bir neçə gün öncə dünyasını dəyişən Çarlton "qırmızı şeytanlar"ın forması ilə çıxdığı 606 matçda 199 qol vurub.
İkinci pillədə 360 qarşılaşmada 143 dəfə rəqib qapılarına yol tapmış Corc Best mövqe tutubsa, üçüncü sırada 12 il (1982-1994) sözügedən komandanın kapitanı olmuş Brayan Robson yer alıb.
Dördüncü yer - Erik Kantona;
Beşinci yer - Denis Lou;
Altıncı yer - Ueyn Runi;
Yeddinci yer - Rayan Giqqz;
Səkkizinci yer - Dunkan Edvards;
Doqquzuncu yer - Petr Şmeyxel;
Onuncu yer - Pol Skoulz.
Maraqlıdır ki, Kriştianu Ronaldunun və Devid Bekhem "10-luq"dan kənarda qalıb.