Berlin "Union"unun hücumçusu David Datro Fofan "Napoli" ilə oyundan sonra klubun baş məşqçisi Urs Fişerin əlini sıxmadığı üçün 1 həftəlik komandadan uzaqlaşdırılıb .
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Fil Dişi Sahilindən olan hücumçu artıq baş verən hadisəyə görə üzr istəyib. O, əvəzetmədən çox məyus olduğunu, komandanın qələbə qazanmasına kömək etmək istədiyini, buna görə də emosiyaların nizam-intizamını üstələdiyini söyləyib.
Xatırladaq ki, 20 yaşlı hücumçu "Çelsi"dən bir mövsümlük icarə əsasında "Union Berlin"də çıxış edir. Bu mövsüm o, 11 oyun keçirib, ancaq meydanda cəmi 567 dəqiqə keçirib və heç nə ilə yadda qalmayıb.
Mirağa