"Barselona"nın vingeri Rafinyanın İspaniya çempionatının 11-ci turu çərçivəsində keçiriləcək "el klasiko"da oynaya bilib-bilməyəcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.
Xəbərə görə, braziliyalı zədə problemini geridə qoyub və həkimlər onun meydana çıxmasında hər hansı problem görmürlər.
Rafinya sentyabrın sonlarında budundan xəsarət almış və müəyyən müddətə sıradan çıxmışdı.
"Barselona" - "Real Madrid" qarşılaşması oktyabrın 28-də keçiriləcək. Oyun Bakı vaxtı ilə 18:15-də başlayacaq.
Nihat