London "Arsenal"ının yarımmüdafiəçisi Tomas Parti komandası ilə vidalaşa bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttojuve" yayıb.
Mənbənin məlumatına görə, qanalı üçün əsas variant ötən ildən onunla maraqlanan "Yuventus"dur. Turin klubu 30 yaşlı futbolçunu yanvar transfer pəncərəsində heyətinə qatmağa can atır.
Parti bu mövsüm "Arsenal"da oyun praktikasının azlığından narazıdır və bu üzdən klubunu dəyişmək barədə ciddi düşünür.
Toması keçmiş klubu "Atletiko Madrid"in də geri qaytarmağa çalışdığı bildirilir.
Mirağa