Braziliyalı ulduz yarımmüdafiəçi Duqlas Kosta "Yuventus"una qayıtmaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə o, özü deyib.
Tanınmış insayder Fabritsio Romano Braziliya millisinin sabiq üzvünün dediklərini belə çatdırıb:
“Mən həqiqətən “Yuventus”a qayıtmaq istəyirəm, bu mənim arzumdur. Mən Alleqri üçün əsgər olmaq və “Yuve” azarkeşlərinin sevgisini yenidən hiss etmək istəyirəm. Agentim mənimlə maraqlanan bütün klublarla, o cümlədən “Yuventus”la əlaqə saxlayır. Həmçinin, Səudiyyə Ərəbistanına da uçmağa hazıram, onların çempionatı inkişaf edir”.
33 yaşlı Duqlas Kosta bugünlərdə "Los Anceles Qalaksi" ilə yollarını ayırıb. MLS liqasının son mövsümündə Duqlas 19 matçda (15 start), 3 qol vurub və 7 məhsuldar ötürmə edib. O, 2017-2022-ci illərdə "Yuventus"un futbolçusu olub.
Mirağa