"Liverpul"un vingeri Luis Diasın valideynlərini oğurlayıblar.
Fanat.Az Kolumbiya mətbuatına istinadən xəbər verir ki, hadisə futbolçunun doğma şəhərində - Barrankasda qeydə alınıb.
Xəbərə görə, futbolçunun valideynləri avtomobillə hərəkət edərkən cinayətkrlar onların yolunu motosikletlərlə kəsiblər. Luisin anasının artıq yerli polis tərəfindən xilas edildiyi, atasının isə indiyədək tapılmadığı bildirilib.
Qeyd edək ki, 26 Dias "Liverpul"a ötən ilin yanvarında "Portu"dan keçib. Bu müddət ərzində İngiltərə nəhənginin forması ilə bütün turnirlərdə 58 matça çıxan kolumbiyalı oyunçu 14 qolla yadda qalıb.
Nihat