Uzun sürən zədədən sonra "Bayern Münhen"in sıralarına dönən qapıçı Manuel Noyer karyerası ilə bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun dediklərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Heç vaxt karyeramı bitirmək barədə düşünməmişəm. Yüksəlişlər və enişlər olub, amma hər zaman yaşıl meydanlara qayıtmaq arzusunda olmuşam. Bütün çətinliklərin öhdəsindən inamla gəlmişəm".
Xatırladaq ki, dünən "Darmştadt"la Bundesliqa matçında iştirak edən Noyerin komandası 8:0 hesablı qələbə qazanıb.
Nihat