Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi PSJ-dəki karyerası barədə danışıb.
Fanat.Az xəbər verir ki, "RMC Sport" onun dediklərini belə çatdırıb:
"Müxtəlif səbəblərdən PSJ-dəki karyeram ümid etdiyim kimi alınmadı. Parisdə iki il yaşadım, şəhər çox xoşuma gəldi. Orada yaxşı dostlarım var. Oğullarım bu şəhəri sevdilər. Onlara Psrisi tərk etmək çətin idi. Məktəbdəki dostları ilə qalmaq istəyirdilər. Yəni idman planında hər şey istədiyim kimi olmadı. Amma mən yaxşı şeyləri xatırlayıram. Parisdə belə anlar çox olub".
Qeyd edək ki, Messi dünən “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatını qazanıb. Bu, argentinalı superulduzun 8-ci belə mükafatıdır.
Nihat