"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Liqa Kubokunda "Mançester Yunayted"in "Nyukasl"dan aldığı məğlubiyyətə (0:3) sevindiyini gizlətməyib.
Fanat.Az-ın məlumatına görə, alman mütəxəssis "Bornmut"la matçdan (2:1) sonra təşkil edilən mətbuat konfransında ona bu xəbər çatdırılarkən belə reaksiya verib: "Ooo, yaxşı!"
Qeyd edək ki, MY Liqa Kubokunun son qalibidir. "Qırmızı şeytanlar" ötən mövsüm finalda məhz "Nyukasl"ı yenmişdilər - 2:0.
Nihat