"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro zədələnib.
Fanat.Az xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Erik ten Haq klubun mətbuat xidmətinə danışıb.
Braziliyalı "Nyukasl"la kubok matçında (0:3) zədələnərək əvəzlənib.
“Fasilədən bir qədər əvvəl Kazemiro zədələndi, ona görə də əvəz olundu. Dəqiq diaqnoz qoymaq, bizə nə vaxta kimi oynamayacağını demək üçün bir az gözləmək lazımdır. Lakin onun şənbə günü “Fulhem”lə matç oynaya bilməyəcəyi dəqiqdir".
İngiltərə Premyer Liqasının bu mövsümündə braziliyalı yarımmüdafiəçi meydana çıxdığı 8 matçda 1 qol vurub.
Mirağa