"Bayern Münhen"in təcrübəli futbolçusu Tomas Müller komandası Almaniya Kubokunun 1/16 finalında 3-cü liqa təmsilçisi "Saarbrükken"ə uduzaraq (1:2) mübarizəni dayandrıdıqdan sonra açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Bild"ə danışan Müller komanda yoldaşlarını tənqid edib:
"Saarbrükken"i belə mübarizə münasibəti ilə təbrik etməliyik. Biz sadəcə, ağıllı oynamadıq. Çox şansları boşa verdik. Təbii, rəqib xoşbəxt olmalıdır. Amma "Bayern" Saarbrükkendə uduzubsa, deməli, biz bir neçə şeyi düz etməmişik.
Azarkeşlərimizin tənqidini anlayıram. İş heç oyunda və nəticədə də deyil. Problem budur ki, yalnız 3-4 futbolçu komandaya dəstək verən insanlara necə münasibət göstərmək lazım olduğunu anlayır. Onlar bura yüzlərlə kilometr məsafə qət edərək gəliblər. Yəni ən əsası onlara dəstəyin əvəzində nə verməli olduğunu anlaya bilməkdir".
Qeyd edək ki, oyundan sonra "Bayern"in futbolçularının əksəriyyəti azarkeşlərin yer aldığı sektora yaxınlaşmayıblar.
Nihat