Alfonso Devis "Bayern Münhen"i tərk etməkdə qərarlıdır.
Fanat.Az xəbər verir ki, məlumatı AS yayıb.
Xəbərə görə, Kanada millisinin futbolçusu "Real Madrid"ə keçmək üçün Almaniya nəhəngi ilə vidalaşmaq niyyətindədir. Mənbə "Kral klubu"nun Devisin transferini prioritet saydığını və bu barədə futbolçunun özünə məlumat çatdırıldığını vurğulayıb.
Devisin "Bayern"lə müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədər nəzərdə tutulub.