“Roma”nın baş məşqçisi Joze Mourinyu “Leççe” ilə oyundan (2:1) sonra emosional açıqlama verib.
Fanat.Az xəbər verir ki, 90-cı dəqiqəyə kimi hesabda geri olsa da, iki qol vurmağı bacaran paytaxt təmsilçisinin portuqaliyalı çalışdırıcısı oyunu DAZN-a belə şərh edib.
“Oyunu beş hücumçu ilə başa vurduq. Uşaqlar qeyri-adi çıxış etdilər. Azarkeşlər inanılmaz idi, çünki adətən evdə son dəqiqəyə kimi uduzan komanda həmişə belə ehtiraslı dəstək görmür. "Leççe"yə yazığım gəlir, çünki rəqibimiz əla oyun keçirdi. Bu, çılğın, dəlisov oyun idi.
Mən Romelunu hamıdan yaxşı tanıyıram. Lukaku çox həssas insandır və penaltidən qol vurmasa, bu, matçın qalan hissəsində ona əziyyət verəcəkdi. Özü-özünü bu əzabdan xilas etdi. Son dəqiqə qolu ilə komandaya qələbə qazandırması Romaluya bu gecə yatmağa və sabah üzündə təbəssümlə oyanmağa imkan verəcək".
Xatırladaq ki, "Roma" Sərdar Azmunun 90+1 və Romelu Lukakunun 90+4-cü dəqiqədə vurduğu qollarla geridönüş edərək meydanı 3 xalla tərk edib.
Mirağa