"Bayern Münhen"in hücumçusu Harri Keyn Almaniya çempionatının 10-cu turu çərçivəsində baş tutan matçda - Dortmund "Borussiya"sını yendikləri oyunda (4:0) 3 qol vurub.
Fanat.Az xəbər verir ki, bu, het-triklə yadda qalan ingilis forvard Münhen klubunun heyətində 16-cı qoluna imza atıb.
Keyn "Bayern" forması ilə bütün turnirlərdə çıxdığı 14 oyunda "qol+ötürmə" sistemi ilə (16+7) 23 xal toplayıb. O, cari mövsüm bu göstəricilərdə komandasının ən yaxşısıdır. Çempionatda 15 dəfə fərqlənən Keyn Almaniya çempionatının bombardiri siyahısında “Ştutqart”ın hücumçusu Sera Girassini (14) qabaqlayıb. Harri eyni zamanda 1963/1964 mövsümündə Bundesliqada "Şalke" ilə ilk 10 oyununda 13 qol vuran Klaus Matişakın rekordunu da qırıb.
Xatırladaq ki, Keyn "Bayern"ə bu yay "Tottenhem"dən transfer olunub. İngiltərə millisinin futbolçusunun Almaniya nəhəngi müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Harrinin transfer qiymətini 110 milyon avro ilə dəyərləndirir.