"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 11-ci turunda "Fulhem" üzərində qələbənin komandadakı təzyiqə necə təsir edəcəyindən danışıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano niderlandlı mütəxəssisin açıqlamasını belə çatdırıb:
“Fulhem" üzərində qələbə üzərimizdəki təzyiqi dəyişmir. "Mançester Yunayted"dəsənsə, bu tələbləri qəbul etməlisən. Bu, hamıya - həm futbolçulara, həm də təbii ki, baş məşqçiyə aiddir”.
Xatırladaq ki, “Mançester Yunayted” “Fulhem”ə minimal hesabla (1:0) qalib gəlib. Erik ten Haq üçün bu, “qırmızı şeytanlar”ın baş məşqçisi kimi 50-ci qələbəsi olub.
Mirağa