"Mançester Yunayted"in hücumçusu Antoni bu qış "qırmızı şeytanlar"dan ayrıla bilər.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, İngiltərə nəhənginin rəhbərliyi sözügedən oyunçunu satmağı və ya icarəyə verməyi nəzərdən keçirir.
Xəbərə görə, Mançester təmsilçisinin bossları braziliyalı forvardın cari mövsüm ortaya qoyduğu performansı qeyri-qənaətbəxş sayırlar.
Qeyd edək ki, "San-Paulu"nun yetirməsi olan 23 yaşlı Antoni "Mançester Yunayted"ə 2022-ci ilin yayında "Ayaks"dan transfer edilib. O vaxtdan bəri MY forması ilə 55 matça çıxan "sambaçı" 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat