"Milan" azarkeşləri İtaliya təmsilçisinin Çempionalr Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək PSJ ilə ev oyununda rəqibin qapıçısı Canluici Donnarummaya təzyiq etməyə hazırlaşırlar.
Fanat.Az "Il Corriere della Sera"ya istinadən xəbər verir ki, yerli fanatlar "Milan"ı Paris təmsilçisinə dəyişmiş qolkiperə saxta əskinaslar atacaq və Neapolitan ənənəsinə görə “dəyərsiz adam” mənasını verən 71 nömrəli futbolkalar geyinəcəklər.
Bu qarşılaşma Donnarummanın Paris klubunun forması ilə "San Siro" stadionunda sabiq komandasına qarşı ilk oyunu olacaq. Sözügedən "çərçivə" qoruyucusu 2021-ci ilin yayında azad agent qismində PSJ-yə keçəndən sonra artıq iki dəfə milli komandadanın heyətində Milanda matça çıxıb. “Milan” azarkeşləri hər iki oyunda onu fitə basıblar.
"Milan" - PSJ oyunu sabah keçiriləcək. Görüşün start fiti Bakı vaxtı ilə 00:00-da səsləndiriləcək.