"Real Madrid" klubu tezliklə üç futbolçusu ilə yeni müqavilə imzalayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, müdafiəçi Eder Militao, həmçinin yarımmüdafiəçilər Federiko Valverde və Eduardo Kamavinqa ilə müqavilələr uzadılacaq.
Klubun yeni siyasətinə əsasən, bütün müqavilələrdə 1 milyard avro məbləğində sərbəst buraxılma maddəsinin olacağı gözlənilir.
Madrid klubu ötən həftə braziliyalı hücumçular Vinisius Junior və Rodriqo ilə müqavilənin uzadıldığını açıqlamışdı.
Mirağa