"Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslay Norveç millisinin və "Mançester Siti"nin mərkəz hücumçusu Erlinq Holand haqqında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, macar yarımmüdafiəçi “Fodball”-ın "Youtube" kanalına belə danışıb.
“Leypsiq"də oynayanda bir otaqda yaşadığımız üçün birlikdə meditasiya etdik. Holand meydanda olmadan da insanların bilmədiyi çox şey edir. Mən hətta onun evində də olmuşam. Bu adam həqiqətən, bir az dəlidir”.
Bu mövsüm Holand "şəhərlilər"in heyətində 16 matça çıxaraq 13 qol vurub və 3 məhsuldar ötürmə edib. “Qızıl top”un son səsverməsinin nəticələrinə görə, norveçli yalnız Lionel Messidən geridə qalaraq ikinci yeri tutub.
Mirağa