"Mançester Yunayted"in əfsanəsi Fil Nevill MLS-də çıxış edən Amerikanın "Portlend" klubunun baş məşqçisi olub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
"Odunçular" Nevillə 2026-cı ilə qədər - üç mövsümlük müqavilə imzalayıblar. O, klubun tarixində dördüncü baş məşqçi və üçüncü əcnəbi olacaq.
“Portlend” Fil Nevilin məşqçilik karyerasındakı ikinci klubdur. İngilis mütəxəssis 2021-ci ilin yanvarından 2023-cü ilin iyununa qədər "İnter Mayami"də çalışıb, onunla 90 matçdan 35-də qalib gəlib, 13-də heç-heçə edib, 42-də uduzub.
Nevill 2018-2021-ci illərdə İngiltərə qadın milli komandasını da çalışdırıb və "SheBelieves Cup 2019"-un qalibi olub.
Mirağa