“Krasnodar”ın yarımmüdafiəçisi, "Qarabağ"ın sabiq futbolçusu Kadi “Rostov”u komandasının ən vacib rəqibi adlandırıb.
Fanat.Az xəbər verir ki, "RİA Novosti"-yə danışan braziliyalı Valeri Karpinin komandası ilə qarşılaşmadan əvvəl "Krasnodar"n paltardəyişmə otağındakı atmosferi izah edib.
“Əsas rəqibimiz! Məhz onlarla matçdan əvvəl paltardəyişmə otağında xüsusi rəqabət ruhunu gördüm. “Rostov”la oyunları “El klasiko” adlandırmaq olar? Mənə elə gəlir ki, bəli”.
Xatırladaq ki, RPL-in 11-ci turunun oyununda “Krasnodar” və “Rostov” klubları üz-üzə gəlib. Oyunun gedişində 0:2 hesabı ilə məğlub olan “öküzlər” sonda əzmkar qələbə qazanıb (3:2).
Rusiya çempionatının 14 turundan sonra turnir cədvəlinə “Krasnodar” başçılıq edir. Kadinin komandası 11-ci yerdə olan “Rostov”u 14 xal qabaqlayır.
Mirağa