Rusiyanın "Krasnodar" klubunun futbolçusu Joau Batçi karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "RB Sport" yayıb.
Mənbənin məlumatına görə, portuqaliyalı vingerlə ciddi maraqlanan "Qalatasaray" onun üçün təklif hazırlayır.
24 yaşlı Batçiyə MLS-dən də maraq olduğu bildirilir.
Qeyd edək ki, “Krasnodar” Batçini ötən il “Çaves”dən 1,5 milyon avroya alıb. Onunla müqavilənin müddəti 2025-ci ilə qədərdir.
Bu mövsüm 18 matça çıxan Batçinin hesabında 1 qol və 4 assist var.
Mirağa