"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann İspaniya La Liqasını Fransa çempionatına dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
PSJ fransalı forvardı transfer etməkdə maraqlıdır. Antuanın transfer qiyməti 25 milyon avro olaraq qiymətləndirilir. Onun madridlilərlə 2026-cı ilin ortalarına qədər nəzərdə tutulan müqaviləsi var.
32 yaşlı hücumçu cari İspaniya çempionatında 11 oyun keçirib. Qrizmann yeddi qol vurub (ikisi penaltidən), üç sarı vərəqə alıb.
Mirağa