"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Qalatasaray" üzərində qazandıqları qələbəni (2:1) şərh edib.
Fanat.Az xəbər verir ki, alman mütəxəssis fikirlərini "Bayern"in rəsmi saytına bölüşüb:
“Əlimizdəki şanslardan istifadə etdik. Ancaq yarımşanslara və sürətli hücumlardan danışsaq, kifayət qədər effektli olmadıq. Bizdə dəqiqlik çatmırdı və çox səliqəsiz görünürdük. Bu, ağır yüklənmə ilə bağlı ola bilər.
Enerji və oyuna nəzarətdən razı qaldım. Rəqibin cərimə meydançasında o qədər də aqressiv deyildik. Ümumilikdə komandanın oyunu ilə qürur duyuram. Biz qələbələrə ac qalacağıq”.
Qeyd edək ki, 4 oyuna 12 xal toplayan “Bayern” “A qrupunun lideridir. Kopenhagen” və “Qalatasaray”ın hərəyə 4, “Mançester Yunayted”in isə 3 xalı var. Tuxelin komandası 1/8 finala vəsiqəni təmin edib.
Nihat