"Kopenhagen"in baş məşqçisi Yakob Neestrup Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində evdə "Mançester Yunayted" üzərində qazandıqları qələbəni (4:3) şərh edib.
Fanat.Az xəbər verir ki, o, fkirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
“Ümumi baxsaq, çox çılğın matç oldu. Dörd oyun keçirmişik. Əvvəlki üç oyunda çox yaxşı oyun göstərsək də, bir xal qazandıq. Düşünürəm ki, dörd xalı haqq edirik. Qrupda ikinci yerdə olmağa layiqik. “Kopenhagen”in bir məqsədi var: yeni ildə Çempionlar Liqasında olmaq”.
4 xala malik “Kopenhagen” A qrupunda 2-ci pillədə qərarlaşıb. 1/8 finala vəsiqəni təmin edən "Bayern Münhen" (12 xal) liderdirsə, "Qalatasaray" (4 xal) 3-cü, “Mançester Yunayted” (3 xal) sonuncudur.
Nihat