"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Kral klubu"nun ötən il Çempionlar Liqasının qalibi olmasının yadda qalmayacağını deyən sabiq "Barselona"lı Jerar Pikeyə cava verib.
Fanat.Az-ın məlumatına görə, italiyalı mütəxəssisin dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Pike öz dünyasında yaşayır. Heç kim və heç vaxt bizim Çempionlar Liqasındakı qələbələrimizi unutmayacaq. Əlbəttə, bura sonuncu qələbəmiz də daxildir. Bunu ömrümüzün sonuna qədər xatırlayacağıq".
Xatırladaq ki, "Real" dünən ÇL-in qrup mərhələsinin 4-cü turu çərçivəsində "Braqa"nı 3:0 hesabı ilə məğlub edib.
Nihat