Ötən gecə Braziliya çempionatının 33-cü turunun "Botafoqo" - "Qremio" matçı keçirilib.
Fanat.Az xəbər verir ki, görüş qonaqların 4:3 hesablı uğurlu qələbəsi ilə başa çatıb.
Görüşün əsas qəhrəmanı "Qremio"nun uruqvaylı mərkəz hücumçusu Luis Suares olub. Üç qol vuran ulduz forvard komandasına səfərdə qələbə qazandırıb. Uruqvaylıya het-trikini tamamlamaq üçün cəmi 19 dəqiqə lazım olub.
36 yaşlı bombardir bu mövsüm 27 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə edib.