Almaniyanın “Bayern” klubu ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, Münhen nəhənginin ulduz futbolçusu Camal Musiala zədələnib.
O, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Qalatasaray”a qarşı oyunda (2:1) diz əzələsindən zədə alıb.
Musialanın təxminən 2-4 həftə komandasına kömək eə bilməyəcəyi gözlənilir.
20 yaşlı yarımmüdafiəçi bu mövsüm “Bayern”in heyətində bütün turnirlərdə 14 oyunda 4 qol vurub, 3 qolun ötürməsini verib.