"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone hücumçu Antuan Qrizmannın paytaxt klubu ilə müqavilə yeniləyib-yeniləməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun dediklərini belə çatdırıb:
"Əlavə şərhə ehtiyac yoxdur, o, burada olmaq istəyir və ümid edirəm ki, klubda keçirəcəyimiz növbəti illərdə Antuan bizimlə olacaq. Yaşı nəzərdə tutmuram, Qrizmann ruhən gəncdir. Onun heyrətamiz oyun anlayışı, enerjisi var. Enerjisi azalanda meydanda başqa işlər görəcək.
Bu futbolçu ilə işləmək mənim üçün sevindirici haldır. Həmişə belə olub. "Barselona"ya getdiyini söyləmək üçün yanıma gələndə bir-birimizə baxdıq və ona dedim: "Ümid edirəm ki, hər şey sənin üçün yaxşı olar". Düzü, nə vaxtsa geri dönəcəyini bilirdim”.
Nihat