Fransa millisinin baş məşqçisi Didye Deşam PSJ-nin çalışdırıcısı Luis Enrikenin "Reyms"lə matçda (3:0) het-trik edən Kilian Mbappeni ictimai şəkildə tənqid etməsinə qarşı çıxıb.
Fanat.Az xəbər verir ki, "Footmercato" onun dediklərini belə çatdırıb:
"Demirəm ki, Enrikenin dilə gətirdikləri səhvdir. Söylədiyim budur ki, mən elə etməzdim. Belə hallar olur. Hərə öz lazım bildiyi kimi işləyir. Futbolçularla KİV üzərindən danışmaq mənlik deyil. Mən oyunçularımın onlardan nə gözlədiyimi anladıqlarını düşünürəm".