PSJ rəhbərliyi komandanın hücumçusu Kilian Mbappe ilə yeni müqavilə imzalamaq niyyətində deyil.
Fanat.Az xəbər verir ki, məlumatı AS nəşri yayıb.
Xəbərə görə, Paris klubunun idarəçiləri indiki anlaşmasının müddəti gələn ilin yayında başa çatacaq Kilianın müqavilədəki avtomatik olaraq daha 1 illik uzadılma ilə bağlı bəndi aktivləşdirməsini istəyirlər. Mənbə 24 yaşlı forvardın Fransa nəhənginin bosslarının bu istəyini yerinə yetirməyəcəyi halda, yanvarın 1-dən istənilən klubla danışıq apara biləcəyini xatırladıb.
Cari mövsüm PSJ forması ilə bütün turnirlərdə 15 oyuna çıxan Mbappe 15 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 180 milyon avro ilə dəyərləndirir.
Nihat