"Milan"ın argentinalı yarımmüdafiəçisi Luka Romero qış transfer pəncərəsində İtaliya klubunu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira yayıb.
Söhbət bu yay "Latsio"dan "Milan"a azad agent kimi keçən 18 yaşlı Romeronun mümkün icarəsindən gedir. Gənc argentinalı ilə A Seriyasının 3 klubunun maraqlandığı bildirilir.
Luka Romero bu mövsüm “rossoneri”nin heyətində dörd oyun keçirib, qol vurmayıb.
Mirağa