Bu gün AÇ-2024-ün seçmə mərhələsində son tur start götürəcək.
Fanat.Az xəbər verir ki, A, F, G və J qruplarında mübarizə 9 oyunla başa çatacaq.
Bu qruplarda İspaniya, Şotlandiya, Avstriya, Belçika, Macarıstan, Portuqaliya və Slovakiya final mərhələsinə vəsiqəni rəsmiləşdiriblər. Bu gün yalnız G qrupunda bir komanda onlara qoşulacaq. Bu isə ya Serbiya, ya da Monteneqro olacaq.
Serblər evdə autsayder Bolqarıstana uduzmasalar, qitə birinciliyində oynamaq hüququ qazanacaqlar. Monteneqro isə Almaniyaya yollanmaq üçün Macarıstanı yenməli və Serbiyanın məğlubiyyətini arzulamalıdır.
AÇ-2024, seçmə mərhələ
X tur
19 noyabr
A qrupu
23:45. Şotlandiya – Norveç
23:45. İspaniya – Gürcüstan
Xal durumu: İspaniya – 18, Şotlandiya – 16, Norveç – 10, Gürcüstan – 8, Kipr – 0.
F qrupu
21:00. Belçika – Azərbaycan
21:00. İsveç – Estoniya
Xal durumu: Avstriya – 19, Belçika – 17, İsveç – 7, Azərbaycan – 7, Estoniya - 1.
G qrupu
18:00. Macarıstan – Monteneqro
18:00. Serbiya – Bolqarıstan
Xal durumu: Macarıstan – 15, Serbiya – 13, Monteneqro – 11, Litva – 6, Bolqarıstan - 3.
J qrupu
23:45. Bosniya və Herseqovina – Slovakiya
23:45. Lixtenşteyn – Lüksemburq
23:45. Portuqaliya – İslandiya
Xal durumu: Portuqaliya – 27, Slovakiya – 19, Lüksemburq – 14, İslandiya – 10, Bosniya və Herseqovina – 9, Lixtenşteyn – 0.