"Alanyaspor"un baş məşqçisi Fatih Tekke "Zenit"dən təklif gözlədiyini və bu baş verəcəyi halda, ilk təyyarə reysi ilə Rusiyaya uçmağa hazır olduğunu etiraf edib.
Fanat.Az xəbər verir ki, "RB Sport" onun dediklərini belə çatdırıb:
"Zenit" mənə təklif göndərsə, komandada məşqçi qismində çalışmağımı istəsə, razılaşaram. Onların təklifini gözləyirəm. Çağırsalar, ilk təyyarə reysi ilə gedərəm".
Xatırladaq ki, Tekke 2006-2009-cu illər aralığında "Zenit"in formasını geyinib.
Nihat