"Barselona" yarımmüdafiəçi Qavinin zədələnməsindən sonra onun mövqeyinə əlimyandıda yeni transfer axtarışındadır.
Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Xavi Ernandes çıxış yolunu başqa bir kataloniyalı futbolunu geri qaytarmaqda görür.
"Sport.es" məlumat yayıb ki, “Jirona”ya icarəyə verilən Pablo Torre geri qaytarılacaq.
"Barselona" rəhbərliyi onun oyun təcrübəsi qazanacağına ümid edərək onu icarəyə göndərsə də, Qavinin zədələnməsi ilə planlar dəyişib. Torre yanvarda qayıda bilər.
İspaniya çempionatının növbəti turunda "Barselona" "Rayo Valyekano" ilə qarşılaşacaq. Görüş noyabrın 25-də baş tutacaq.
Mirağa