"Mançester Siti"in yarımmüdafiəçisi Bernardu Silva Səudiyyə Ərəbistanından aldığı cazibədar təklifə niyə "yox" dediyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Portuqaliya millisinin üzvünün sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Desəm ki, Səudiyyə Ərəbistanından gələn təklif barədə düşünməmişəm, yalan danışmış olaram. Amma Çempionlar Liqasını qazanmağımız məni "Mançester Siti"də saxladı. Hə, bura "Real"a qarşı yarımfinal matçında (4:0 hesabı ilə başa çatan həmin qarşılaşmada Bernardu dubl edib - red.) iki qol vurmağımı və stadiondakı ab-havanı da əlavə edək. Bütün bunlardan imtina etmək istəmədim".
Qeyd edək ki, Silva 2017-ci ildən "şəhərlilər"in formasını geyinir.
Nihat