"Barselona" Lionel Messi ilə vida matçı təşkil etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, artıq argentinalı ulduz üçün təşkil ediləcək oyunun tarixi də bəllidir.
Bu barədə "Football Transfers" məlumat yayıb. Xəbərə görə, oyun 29 noyabrda olacaq. Hansı ki, həmin gün Kataloniya klubunun 125 yaşı tamam olacaq.
Argentinalının "Barsa"nın əfsanələrdən ibarət komandasında oynayacağı gözlənilir və onların rəqibi "dünya yığması" olacaq.
Qarşılaşmanın biletlərinin qiyməti 250 avrodan başlayacaq.
Messi ilə yanaşı, “Barselona”nın əfsanələri arasında Xavi, Andres İnyesta, Serxio Aquero, David Vilya, Ronaldinyu, Sesk Fabreqas, Rivaldo, Romario, Luis Enrike, Ronaldo da ola bilər.
Dünya komandasında isə Serxio Ramos, Zinəddin Zidan, Devid Bekhem, Qaret Beyl, Kriştianu Ronaldu, Dieqo Simeone, Zlatan Ibrahimoviç, Con Terri, Frank Lempard, Steven Cerrard və Fernando Torresin daxil ediləcəyi bildirilib.
Mirağa