"Mançester Yunayted" İngiltərənin məşhur iş adamı Cim Retkliff tərəfindən alınmaq üzrə olarkən diqqətçəkən iddia ortaya atılıb.
Fanat.Az "BeinSports"a istinadən xəbər verir ki, Retkliff Fransa Liqa 1-də çıxış edən “Nitsa”nın sahibi olduğu üçün bu vəziyyətin UEFA-nın çox klublu sahiblik qaydalarına zidd olduğu vurğunlanıb.
Belə olan halda Retkliffin sahibi olduğu iki klubun Çempionlar Liqasında iştirak edə bilməyəcəyi bildirilib.
Məlumata görə, mövsümün sonunda iki komanda Çempionlar Liqasına vəsiqə qazanarsa, liqanı daha yüksək pillədə başa vuran komanda Çempionlar Liqasına gedəcək, digər komanda isə turnirdən kənarlaşdırılacaq.
Qeyd edək ki, Fransa Liqa 1-də 12 turdan sonra 26 xal toplayan "Nitsa" ikinci pillədə qərarlaşırsa, "Mançester Yunayted" Premyer Liqada 12 turdan sonra 21 xalla altıncı pillədə qərarlaşıb.
Nahid Məmmədov