Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv sözügedən yığmanın indiki çalışdırıcısı Yulian Nagelsmanın rəhbərliyi altında imza atdığı uğursuz nəticələrdən danışıb.
Fanat.Az xəbər verir ki, "Bild" onun dediklərini belə çatdırıb:
"Millidə yeni taktiki həll yolları, uğurlu oyun elementləri tapılmalıdır. Bizim tələbimiz məhz bu olmalıdır. Digər tərəfdən oyunçuların fərdi məşqləri də nəzarətdə saxlanılmalıdır. Yox, mən Yulianı tənqid edtmirəm. O, gənc yaşda təcrübə toplamağa imkan tapmış, ideyaları olan mütəxəssisdir. Dörd oyuna görə ona təzyiq edə bilmərik. Əminəm ki, Nagelsman doğru yolu tapacaq".
Xatırladaq ki, Almaniya seçməsi noyabrda 2 yoldaşlıq görüşü keçirib. Nagelsmanın komandası Türkiyəyə 3:2, Avstriyaya 2:0 hesabı ilə uduzub.
Nihat