"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem La Liqanın 14-cü turunda "Kadis"lə qarşılaşmada (3:0) qol vuraraq tarixi nailiyyətə imza atıb.
Fanat.Az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Madrid klubunun tarixinə ilk 15 matçda 14 qol vuran ilk futbolçu kimi düşüb.
"MadridXtra"nın məlumatına görə, Bellingem bu göstəricidə hər birinin 13 qolu olan Alfredo Di Stefano, Kriştianu Ronaldu və Prudensio Sançesi geridə qoyub.
"Real" yayda Bellingemin transferi üçün Dortmund "Borussiya"sına 100 milyon avrodan çox pul ödəyib. Cud avqust və oktyabr aylarında La Liqanın ən yaxşı oyunçusu seçilib. Yarımmüdafiəçi həmçinin "Raymond Kop" və "Golden Boy 2023" mükafatını qazanıb.
"Real" İspaniya çempionatına "Jirona"nı 1 xal qabaqlayır. Karlo Ançelottinin komandası növbəti oyununu noyabrın 29-da Çempionlar Liqasında “Napoli”yə qarşı keçirəcək.
Mirağa