İngiltərənin "Nyukasl" klubu "Atletiko Madrid"in 23 yaşlı cinah oyunçusu Samuel Linoya göz dikib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todo Fichajes" yayıb.
Mənbənin məlumatına görə, Premyer Liqa klubu gənc braziliyalının keçidini qış transfer pəncərəsində reallaşdırmağa çalışır.
"Atletiko"nun futbolçusunu qışda satmaq ehtimalı az göründüyündən, "sağsağanlar" istəyinə yayda çata bilər.
Lino bu mövsüm İspaniya çempionatında iki qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçu son mövsümü icarə əsasında "Valensiya"da keçirib və sözügedən komandanın heyətində La Liqada 6 qol vurub. "Transfermarkt" Linonun dəyərini 20 milyon avro qiymətləndirir.
Mirağa