"Manuel Akancinin transferi sadəcə, vaudur. O, cinah müdafiəçisi, mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi mövqelərində oynaya bilir".
Fanat.Az xəbər verir ki, bunu "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola deyib.
İspaniyalı mütəxəssisin söylədiklərini ictimaiyyətə tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən çatdırıb:
"Bir futbolçunun belə universal olması böyük üstünlükdür. Akanci rəqib komandaların qapılarına yaxın məsafədə olanda dəqiq ötürmələr etməyi də bacarır. Üstəlik Manuel güclü və sürətlidir. İdman direktoru Çiki Begiristayn bu oyunçunu komandamıza gətirməklə əla iş görüb".
Qeyd edək ki, Akanci "Mançester Siti"yə 2022-ci ilin yayında Dortmund "Borussiya"sından transfer olunub. İngiltərə nəhəngi bu keçid üçün almanlara 20 milyon avro ödəyib. Cari mövsüm "şəhərlilər"in forması ilə bütün turnirlərdə 15 oyuna çıxan isveçrəli 3 qol vurub. Onun MS ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.
Nihat