Türkiyə Super Liqasında daha bir məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, "Kasımpaşa" baş məşqçisi Kemal Özdeşlə vidalaşıb.
Məlumatı klubun saytı yayıb.
53 yaşlı mütəxəssisə ənənəvi qaydada təşəkkür edilib və ona uğurlar arzulanıb.
Özdeş bu ilin aprel ayından "Kasımpaşa"nı çalışdırırdı. Sözügedən mütəxəssisin rəhbərliyi altında 24 matça çıxan İtsanbul komandası 10 qələbə, 5 heç-heçə və 9 yenilgi ilə yadda qalıb. "Kasımpaşa" hazırda Super Liqanın turnir cədvəlində 18 xalla 8-cidir.