Argentinanın millsinin sabiq baş məşqçisi Xorxe Sampaoli karyerasını yenidən klub çalışdırıcısı kimi davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, vaxtilə İspaniyanın “Sevilya” və Fransanın “Olimpik Marsel” klublarında baş məşqçi postunu tutan argentinalı mütəxəssis “Boka Xuniors”a başçılıq edə bilər.
İnformasiyanı tanınmış jurnalist Raisa Simplisio yayıb.
Mənbənin məlumatına görə, məşhur argentinalı veteran, “Boka Xuniors”un əfsanəsi Xuan Roman Rikelme klub prezidenti seçkilərində qalib gələrsə, Sampaoli baş məşqçi postuna dəvət ediləcək.
Hazırda "Boka"nın baş məşqçisi komandanı 2023-cü ildə Libertadores Kubokunun finalına çıxaran və Braziliyanın "Fluminense" klubuna məğlubiyyətdən sonra istefa verdiyini açıqlayan 45 yaşlı Mariano Errondur. Başqa sözlə, prezident seçkisindən sonra Erronun istefasının qəbul olunacağı gözlənilir.
Mirağa