"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının belçikalı yarımmüdafiəçisi Kevin De Bröynenin zədəsi barədə barədə danışıb.
Fanat.Az xəbər verir ki, "City Xtra" ispaniyalı mütəxəssisin sözlərini belə çatdırıb:
"Kevin yanvarda qayıdacağını deyibsə, deməli, belə də olacaq. İstəyərdim ki, o, mövsümün böyük hissəsində komandaya kömək etsin. Yeni İldən sonra dönəcəyini söyləməsi çox sevindiricidir. Bu, hamımızı xoşbəxt edəcək.
Ancaq belə uzun fasilənin Kevinə fayda verdiyinə inanmıram. De Bröyne artıq 21 yaşında deyil. Təəssüf ki, onun da vaxtı daralır. Kevin bərpa prosesinə savadlı, təmkinli yanaşmalıdır. Sağalandan bir həftə sonra hazır olacağını gözləmirik. Hər şeyi yenidən başlamaq və addım-addım irəliləmək lazımdır. Bu mənada De Bröyne üçün ehtiyat oyunçular skamyası əla seçimdir”.
Xatırladaq ki, De Bröyne cari mövsümün əvvəlində ciddi zədə almışdı.
Nihat