"Mançester Yunayted"in və Şimali irlandiya millisinin müdafiəçisi Conni Evans Britaniya imperiyasının ordeni ilə mükafatlandırılıb.
Fanat.Az xəbər verir ki, Evansın Bukingem sarayında şahzadə Uilyam tərəfindən mükafatlandırılması ilə bağlı dediklərini "Belfast Telegraph" belə çatdırıb:
"Üzərində kral möhürü olan məktubu alanda bir qədər şoka düşdüm. Bu, çox möhtəşəm hiss idi. Şimali İrlandiya futboluna fayda verdiyim üçün ordenə layiq görüldüyümü bilən zaman inanılmaz dərəcədə qürurulandım. Ölkəmin yığmasında 100-dən çox oyun keçirmək, uzun müddət millinin formasını daşımaq inanılmazdır. Yığma ilə bağlı o qədər gözəl xatirələrim var ki..."
Qeyd edək ki, ölkəsinin millisində 104 matça çıxan Evans 6 qol vurub.
Nihat