"Atletiko Madrid"in müdafiəçisi Sesar Aspilikueta Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə "Feyenoord"a qarşı keçirəcəkləri matçdan öncə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Marca" onun dediklərini belə çatdırıb:
"Çox önəmli olduğu üçün bu qarşılaşmanı pley-off matçı ilə müqayisə edə bilərik. Çünki qələbə qazanacağımız halda, pley-offa yüksələcəyik. "Feyenoord" çətin rəqibdir. Nəyə qadir olduqlarını Madriddəki oyunda göstərə biliblər. Həmin qarşılaşmada bizə ciddi çətinliklər yaratdılar. Budəfəki görüşə dəqiq ideyalarla yanaşmalı, şansımızı əldən verməməliyik. Hamılıqla hədəfimizə köklənmişik".
Qeyd edək ki, "Feyenoord" - "Atetiko" oyunu bu gün "De Köyp" stadionunda baş tutacaq. Görüşün start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.
Nihat