Meksika millisinin hücumçu Santyaqo Ximenes karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Lequipe" nəşri yayıb.
"Tottenhem" 22 yaşlı futbolçunu heyətinə cəlb etməkdə qətiyyətlidir.
Hotspurlular "Feyenoord"da ikinci mövsümünü keçirən Ximenesi heyətinə qatmağa real namizəddir. Niderland klubu yanvarda açılacaq transfer pəncərəsində hücumçusunun satışından təxminən 50 milyon avro qazanmaq niyyətindədir.
Ximenez Erediviziyada bu mövsüm 16 oyunda 18 qol vurub.
Mirağa