Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən PSJ ilə səfər qarşılaşması (1:1) "Nyukasl"ın hücumçusu Aleksander İsak üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, isveçli oyunçu "sağsağanlar"ın forması ilə ÇL-in səfər matçında qol vurmaqla 20 illik həsrətə son qoyub.
Daha qitənin ən nüfuzlu klub turnirində "Nyukasl"ın sabiq forvardı Alan Şirer qonaq qismində Milan "İnter"inin qapısına yol tapmağı bacarmışdı. Həmin qarşılaşma 2003-cü ilə təsadüf etmişdi.
"Park de Prens"dəki heç-heçə sayəsində xal hesabını 5-ə çatdıran İngiltərə təmsilçisi yer aldığı F qrupunda 3-cü pillədədir. 7 xala malik PSJ isə 2-ci yerdə qərarlaşıb.
24 yaşlı İsak cari mövsüm İngiltərə Premyer Liqasında 9 oyuna çıxaraq 7 qola imza atıb.
Nihat