İngiltərəli müdafiəçi Fil Yaqelka karyerasını bitirdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında paylaşım edib:
"Bütün yaxşı şeylər sona çatmalıdır və 800-dən bir qədər çox matçdan sonra mənim futbolçu karyeram da sona yetdi".
Qeyd edək ki, Yaqelka "Şeffild Yunayted"in yetirməsidir. O, karyerası ərzində “Everton” və “Derbi Kaunti” klublarında da çıxış edib.
41 yaşlı mərkəz müdafiəçisinin son klubu yayda tərk etdiyi “Stok Siti” olub. O, İngiltərə millisində 40 matç keçirib.
Yaqelka 3 dəfə "Şeffild Yunayted"də, iki dəfə isə "Everton"da mövsümün ən yaxşı oyunçusu seçilib.
Mirağa